Ermənistanın baş naziri Azərbaycanda kater sürüb əylənir - VİDEO

Avqustun 15-dən məzniyyətini işğal altındakı Azərbaycan ərazilərində keçirən Ermənistanın baş naziri Karen Karapetyan Ağdərə, Xocavənd və Əsgəran rayonlarında olub. Avqustun 17-də Talış kəndində bərpa-quruculuq işləri ilə də tanış olan düşmən hökumətin başçısı Xankəndindəki qondarma rejimin “baş naziri” Araik Arutyunla birgə Tərtər çayı üzərindəki Madagiz su anbarının yanında xarici investorlar hesabına yenicə yaradılmış istirahət zonasına da baş çəkib. Yüksək vəzifəli erməni məmurlar Azərbaycan sularında skuterlərdə gəzərək dincəliblər.
Xatırladaq ki, Madagiz su anbarı — Tərtər rayonu ərazisində Tərtər çayı üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Su anbarı Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.85 mln. kub metrdir. 2016-cı ildəki aprel döyüşləri zamanı erməni silahlı qüvvələrinin Madagiz su anbarı yaxınlığındakı bir sıra hərbi obyektləri və canlı qüvvəsi Azərbaycan Milli Ordusu tərəfindən məhv edilmişdi.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










