Ermənistanın cidanı çuvalda gizlətmək cəhdi: Diversantın saxlanma görüntüsü yalan çıxdı - VİDEO

Ermənistanın daha bir yalanının üstü açıldı.
Caliber.Az-ın verdiyi məlumata görə, bu gün Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılan erməni diversant Qagik Voskanyan ərazidən UAZ markalı avtomobillə çıxarılıb.
Ermənistan Müdafiə Nazirliyinin guya həmin diversantın saxlanılması adı ilə yaydığı videonun isə bugünkü təxribatla heç bir əlaqəsi yoxdur.
Bu görüntülərlə Ermənistan tərəfi bu gün törətməyə cəhd göstərdiyi diversiya aktının üstünü ört-basdır etməyə çalışıb. Amma göründüyü kimi, bu əməlin də üstü açıldı.
16:26
Ermənistan Müdafiə Nazirliyi erməni diversantın Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmasının görüntülərini yayıb.
Görüntülərdə bir neçə azərbaycanlı hərbçi diversanta yaxınlaşaraq onunla danışır, sonra avtomobilə mindirərək aparır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.
Saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










