Erməniyə görə təyyarə endirildi

Kiyevdən Minskə uçan, Ukraynanın “Belavia” aviaşirkətinə məxsus “Boinq 737-800” sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra geri dönməyə məcbur olub.
Avtosfer.az rbk-ya istinadən verdiyi xəbərə görə, Kiyevin Julyanı hava limanından qalxan təyyarə 10 dəqiqəlik uçuşdan sonra, Belarus sərhədinə 50 km qalmış dispetçerlərin tələbi ilə geri dönüb. Dispetçer hər hansı izahat vermədən təyyarənin ekipajına dərhal geri qayıtmaq göstərişi verib və əks halda, havaya qırıcı təyyarələrin qaldırılacağını bildirib.
Julyanı hava limanına endikdən sonra təyyarənin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tələbi ilə yerə enməyə məcbur edildiyi məlum olub. SBU əməkdaşları təyyarəyə daxil olaraq Ermənistan vətəndaşı olan sərnişini özləri ilə aparıblar. Təyyarə yanacaq doldurduqdan sonra yenidən Minskə uçub. Ermənistan vətəndaşı isə bir qədər sonra sərbəst buraxılıb. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Təyyarədə 136 sərnişin olub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












