Ermənlər texnikaları və sakinləri atəşə tutur - Pambıq sahələrdə qalıb - VİDEO

Ermənistan silahlı qüvvələri cəbhəyanı kəndlərdə pambıq yığımına mane olur… Bu il Tərtərdə 3100 hektardan artıq sahədə pambıq əkilib. Bunun bir hissəsi cəbhəyanı ərazilərə düşür. Sakinlərin sözlərinə görə, əkin sahələri birbaşa təmas xəttində yerləşir və qarşı tərəfdən aydın müşahidə edilir. Gündüz saatlarında sahəyə kombayn saldıqda isə ermənistan ordusu texnikanı atəşə tutur.
Fermerlər həmin ərazilərdə məhsulun əllə yığmağın da təhlükəli olduğunu deyir. Həm insanlar atəşə məruz qala bilər , həm də yanğınlar nəticəsində sürünənlər əkin sahələrinə keçdiyindən əl yığımı çətinləşib.
Bir həftə ərzində yığıma başlanılmazsa məhsul zay ola bilər. Əkin prosesi də gecə saatlarında həyata keçirilib.
Yuxarı Qaradağlı kənd icra nümayəndəliyindən bildirildi ki, hazırda Qapanlı və Yuxarı Qaradağlı kəndləri ərazisində 16 hektara yaxın əkin sahəsi birbaşa təmas xəttində yerləşir. Həmin sahələrdən məhsulun toplanması zamanı təhlükəsizliyin təminində vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yerli ofisinə müraciət olunub.
Kənd İcra Nümayəndəsi bildirib ki, əgər komitə tərəfindən müraciətə müsbət cavab verilməsə, məhsulu zay olmaması üçün hava qaralandan sonra əllə toplamağa məcbur olacaqlar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












