"Əsas çətinlik dağlıq ərazilərdə müşahidə edilir" - "Azəryolservis"

Ötən gecədən Bakı şəhərində küçələrin buz örtüyündən təmizlənilməsi işləri aparılıb. Əsas üstünlük əsas prospektlər və magistral yollara verilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis" ACS-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Səhər saatlarından Bakı yollarında avtomobillərin sərbəst hərəkətini müşahidə etdiyini deyən A.Nəcəfli qeyd edib ki, paytaxtda əsasən Xocasən yolu, Bakı dairəvi yolu, Heydər Əliyev Hava Limanı yolu, Nobel prospekti, həmçinin magistral yollar, eləcə də Bakı-Sumqayıt şosesində problem yoxdur.
"Müşahidələrimizə görə, əsas çətinliyi qışa hazırlıq görməyən nəqliyyat vasitələri çəkir. Balansımızda olan bütün yollara nəzarət edirik. Ola bilər ki, ara küçələrdə yollar buz bağlasın, amma onlara da qum-duz səpiləcək", - deyə A.Nəcəfli əlavə edib.
Şirkət rəsmisi bildirib ki, qarla əlaqədar əsasən rayonlarda müəyyən çətinliklər müşahidə edilir: "Dağlıq ərazilər, dağ kəndlərinə gedən yollarda çətinliklər var. Orada qarın yağması hələ də davam edir. Bununla belə, Yol İstismar İdarələri qarın təmzilənməsi, zəruri yerlərə duz-qum səpilməsi işlərini davam etdirir".
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










