Əsgərlərimiz bir atəşlə ermənilərin hərbi maşınını vurdular - FOTO

Ötən gecə cəbhədə təxribat yaradan ermənilərə Ordumuz tərəfindən layiqli cavab verilib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Erməni KİV erməni mövqelərinə Azərbaycan ordusu tərəfindən DŞK pulemyotundan 155, "İstiqlal" snayper silahından 109 atəş açıldığı məlumatını yayıb. Düşmən mövqeyə 1 AQS-17 qumbaraatanından bir mərmi atılıb. Azərbaycan əsgərlərinin atdığı bu tək mərmi ermənilərin hərbi yük maşınının kabinesini parçalayaraq içəri düşüb. Kabinədə erməni əsgərlərinin olub-olmadığı bildirilmir. Digər məlumatda isə bu gün səhər cəbhədə 1996-cı il təvəllüdlü erməni əsgər Ayk Ambarsunmyanın yaralandığı bildirilir.
Qeyd edək ki, ötən gün Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyibr! Bildirilib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













