Estoniya Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daha bir ölkə qoşulur. Artıq "Azərbaycan Dəmir Yolları" QSC bu layihəyə maraq göstərən Estoniyanın dəmir yolları şirkəti ilə görüş keçirib. Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib. "Estoniya da Şimal-Cənub marşrutuna maraq göstərir. Estoniyanın Paldiski limanı bu marşruta qoşulur. Belə ki, Estoniyanın Skandinaviya və Şimali Avropa ölkələrindən olan yükləri öz limanında cəmləşdirərək onları daha sonra Rusiya və Azərbaycan üzərindən İrana və Fars körfəzinə daşıması nəzərdə tutulur", - deyə İ.Hüseynov qeyd edib.
Dekabrın ilk dekadasında Azərbaycan, Estoniya, İran və Rusiya dəmir yolları rəhbərlərinin görüşünün keçiriləcəyi barədə məlumat verən İ.Hüseynov əlavə edib ki, aparılan danışıqlar çərçivəsində tərəflərin birgə əməkdaşlığına dair sənəd imzalanması nəzərdə tutulub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












