Estoniya "Şimal-Cənub" nəqliyyat marşrutuna qoşula bilər

Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına tramplindir. Avtosfer.az xəbər verir ki, Caspian European Club-dan Trend-ə verilən məlumata görə, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy jurnalının nümayəndə heyəti ilə görüşdə deyib.
Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Estoniya və Avropa İttifaqı (Aİ) arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İ.Kiverik həmçinin, Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib.
Estoniyanın Aİ-dəki nümayəndəliyinin illik yekunlarına toxunan İ.Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.
İkitərəfli əlaqələrdən bəhs edən İ.Kiverik nəqliyyat və logistika sahələrindəki imkanları xüsusilə qeyd edib: "Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir".
Görüşün sonunda İ.Kiverik Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, logistika, turizm və İT sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarına və enerji sahəsində əməkdaşlığın inkişafına toxunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












