Ət satışı məntəqəsində normativ tələblər pozulub – AQTA - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan müraciət əsasında Cəlilabad rayonunun Alar kəndində fəaliyyət göstərən sahibkar Zahir Miri oğlu Əliyevə məxsus ət satışı məntəqəsində aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə olunmadığı müəyyən edilib. Həmçinin sahibkarın qanunsuz kəsim fəaliyyəti göstərdiyi, baytarlıq ekspertizasından keçirilməyən, müvafiq müşayətedici sənədləri olmayan ətlərin satışa çıxarıldığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması və sağlamlaşdırma işlərinin görülməsi üçün vaxt verilib.



Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












