Etibar Bəkirov küçəsi yenidən qurulub - VİDEO

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tikinti işləri tamami ilə yekunlaşıdırılıb.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, sözügedən yolun əsaslı şəkildə yenidənqurulması texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə adı çəkilən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılıb. Tikinti işləri çərçivəsində küçənin eni 4-5 metr arasında ərazidən asılı olaraq 9-12 metrə qədər genişləndirilib.
Daha sonra yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.
Yol yatağının tikintisindən sonra asfaltlanma işləri görülüb ki, ümumilikdə yolun asfaltlanması üçün 20 min m2 sahəyə 2 qat 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib.
Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub.Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.
Qeyd edək ki, layihəyə uyğun bütün işlər tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












