Ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə iddia qaldırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilən qanun pozuntularına görə 2215 akt və 794 protokol tərtib olunub, aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 641 müddətli “məcburi göstəriş” verilib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Ümumilikdə, 773 iş üzrə təqsirkarlar 883730 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778,69 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 425 işdən 232-nə, icra qruplarına göndərilən 434 işdən 215-nə, məhkəmələrə göndərilən 191 işdən 56-na baxılıb. Qalan işlər isə hazırda icraatdadır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












