ETSN havaların qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, xəbərdarlığa əsasən, mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












