ETSN: “Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ başa çatmayıb”

"Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb". Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
O xatırladıb ki, Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolun 2,4 və 6-cı kilometrliyində noyabr ayında da sürüşmə və çökmə prosesləri baş verib: “Noyabr ayında baş verən sürüşmə prosesinin parametrləri nisbətən kiçik idi. Nazirliyin əməkdaşları həmin əraziyə baxış keçirmişdilər. Proqnoz vermişdik ki, sürüşmə davam edəcək, çünki aktiv fazada yerləşirdi”.
S.Əmiraslanovun sözlərinə görə, qeyd olunan ərazidə olan sürüşmə hələ də başa çatmayıb: “Ərazidə nəqliyyat vasitələrinin hərəkətində maneə olmasa da, gecələr həmin ərazi təhlükəli ola bilər, çünki sürüşmə prosesi yamaca doğru irəliləyir”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










