"Eurostar" dəmiryolçuları silsilə tətil keçirəcəklər

"Eurostar" Sürətli Qatarlar Dəmiryol Şirkətinin işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə avqustda tətil keçirməyi planlaşdırıblar.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu, dəmiryolu və dəniz nəqliyyatı işçilərinin həmkarlar təşkilatının avqustun 10-da yaydığı bəyanatda vurğulanıb.
Məlumata görə, dəmiryolçular avqustun 12-də və 15-də birgünlük, 27-29-da isə üçgünlük tətil keçirəcəklər.
Xəbərdə bildirilib ki, həmkarlar təşkilatının baş katibi Mik Keş etiraz aksiyasının tələbləri ilə bağlı bunları deyib: "Həmkarlar təşkilatının təmsilçiləri iş şəraitin yaxılaşdırılmasını, əmək fəaliyyəti və şəxsi həyatın balanslaşdırılmasını tələb edirlər. İndi növbə "Eurostar" şirkətinin rəhbərlərinə çatıb. Onlar yeni təkliflərlə danışıqlar masasına oturmalıdırlar".
Qeyd edək ki, "Eurostar"ın qatarları Avropa İttifaqına üzv dövlətlər arasında hərəkət edir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












