Ev ustası narazılıq etdi; "Dövlət heç kəsə "get betondan kəs, camaata ziyan vur" demir – VİDEO

Bakıda yeni tikilən yaşayış binalarından birində keyfiyyətsiz betonun istifadə olunması ilə bağlı iddialar gündəmə gəlib. “Koroğlu” metro stansiyası yaxınlığında tikilən yeni binadakı vəziyyət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, binadakı mənzillərdən birində usta kimi çalışan şəxs bildirib ki, tikinti prosesində beton laylarının qalınlığı standartlara uyğun deyil, həmçinin istifadə olunan materialın keyfiyyəti zəifdir.
Onun sözlərinə görə, betonun santimetr qalınlığının az olması və armaturun normadan incə seçilməsi binanın ümumi dayanıqlığına mənfi təsir göstərir:
“Evdə rahat yaşamaq üçün əsas məsələ təhlükəsizlikdir. Betonun keyfiyyətsiz olması və armaturun nazikliyi gələcəkdə binada çatların əmələ gəlməsinə, hətta daha ciddi fəsadlara gətirib çıxara bilər. Mənzili almışam, amma belə görüntüləri görəndə təbii ki, narahat oluram”.
Mütəxəssislər də bildirirlər ki, tikinti zamanı keyfiyyətsiz betonun istifadəsi binanın seysmik davamlılığını zəiflədir və uzunmüddətli istismarda təhlükə yarada bilər. Tikinti sektorunda tez-tez rast gəlinən bu kimi problemlər sakinlərin etimadına zərbə vurur və vətəndaşların aldıqları evlərdən narahatlıqla istifadə etməsinə səbəb olur.
Eltac Zülfüqaroğlu
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










