Evakuator heyəti cərimələnəcək - Sürücülərə şad xəbər

Bu gün yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə mindi. Və bu məcəllədə bir çox yeniliklər var. Yeniliklərdən biri evakuatorlarla bağlıdır. Əvvəllər YPX haqqında təlimatda belə bir müddəa var idi. "5.10. Bu təlimatın 5.8-ci bəndində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir" (bax. YPX haqqında təlimat) Amma fakt burasında idi ki, bəzən evakuator heyəti avtomobili geri qaytarmaqdan imtina edirdi.
İndi isə yeni qanunvericiliyə əsasən, bu təlimatın 5.10-cu bəndi yerinə yetirilmədikdə evakuatorun heyətinə (YPX inspektoruna) cərimə yazılır.
Bu, öz əksini "İXM"-nin 341-ci maddəsindəi tapıb.
Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər bu məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 251 Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir.
Beləliklə, avtomobil evakuasiya edilən zaman, siz gəlib avtomobilə yaxınlaşsanız bu zaman avtomobil sizə qaytarılmalıdır. Qaytarılmasa, həmin şəxslərə 200-300 manat cərimə təyin edilir. Lakin avtomobil sizə qaytarılsa, sizə inzibati protokol yazılmalıdır (20 manat).
avtostop
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










