Evdən silah oğurlayan şəxslər saxlanılıb - Abşeronda

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib. Oğurlanan tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












