Evi qaz boruları ilə çevrələnən sakindən etiraz - VİDEO

Gəncənin Bayan küçəsi, 147A ünvanında yerləşən evin sakinləri çəkilən qaz xətlərinin yaratdığı təhlükədən şikayətçidir.
Gülnarə Ələkbərovanın sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem öz həllini tapmayıb.
“3 GRP-ni gətirib evimin qarşısına qoyublar. Bu nə dərəcədə düzgündür?! Bu GRP-lər uşaqlarımın həyatı üçün təhlükəlidir”, - deyə şikayətçi qeyd edib.
Gəncə Regional Qaz İstismar İdarəsindən isə məsələ ilə bağlı bildirilib ki, vaxtilə qaz xətti və tənzimləyici şkaf təlimata uyğun olaraq ərazidə quraşdırılıb və həmin vaxt orada ev olmayıb. Abonentə izah edilib ki, qaz xətti və tənzimləyici şkafın yerini dəyişmək üçün xüsusi lisenziyası olan şirkətə müraciət etməli və xərclər vətəndaş tərəfindən ödənilməlidir.
Qurumdan həmçinin bildirilib ki, xidmət ərazisindəki bütün xətlər və qaz tənzimləyici şkaflar müntəzəm olaraq yoxlanılır və sakinlərin həyatı üçün təhlükə yoxdur.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










