Evinizdə bu əşyalar varsa, diqqətli olun – ŞİDDƏTLİ YANĞIN BAŞ VERƏ BİLƏR – ƏHALİYƏ TÖVSİYƏ

Qış aylarında evlərini isitmək istəyən sakinlər müxtəlif vasitələrdən istifadə etməyə məcbur olurlar. Bu məcburiyyət isə əksər hallarda yanğın təhlükəsizliyi tədbirlərinin diqqətdən yayınması, yaxud gözardı edilməsi ilə nəticələnir.
Sonda isə vətəndaşlara ya ağır itki üz verir, ya da əmlaklarına ciddi ziyan dəyir. Bəs yanğınların qış aylarında artmasının başlıca səbəbi nədir? Mənzillər və ya fərdi evlər tikilərkən hansı materialdan istifadə olunmalıdır ki, kiçik qığılcım şiddətli yanğına səbəb olmasın?
Mövzu ilə bağlı tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov Avtosfer.az-a açıqlamasında bildirib ki, yanğınların baş vermə səbəbləri adətən mənzillərin isidilməsindən yaranır:

“Hadisələr daha çox elektrik və qazla işləyən istilik avadanlıqlarının istifadəsi zamanı baş verir. Yanğının səbəbləri təbii ki, müxtəlifdir. Birinci növbə də, avadanlığın düzgün istifadə olunmaması ilə bağlıdır. Avadanlığın əmlaka uyğun olmaması və ya normalara cavab vermədiyi üçün yanğınlar baş verir. Bu, adətən qaz avadanlıqları ilə bağlı olur. Bəzən kombi istilik cihazlarının alışması və ya partlaması halları da müşahidə olunur. İran istehsalı olan müxtəlif sobaların düzgün quraşdırılmaması da ciddi fəsadlara gətirib çıxardır”.

Ekspert vurğulayıb ki, elektrik avadanlıqların özlərinin alışması da yanğının baş verməsinin ciddi səbəblərindən biridir: “Mənzillərin yanğın zamanı tez alışmasının ən önəmli faktı məhz inşaat materiallarıdır. Evlərdə ən çox alışan əşyalardan pərdə, mətbəx mebeli və taxta döşəmələr tez alışan əşyalardır”.
Eltac Zülfüqaroğlu
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB








