Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan Trend-ə verilən məlumata görə, Lerik rayonundakı evlərdən birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.
Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.
Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb.
S.Məmmədzadənin cari ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












