“Əvvəl 10 litr “Aİ-92” ilə 100 km gedirdiksə, indi 80 km getmək olur” - Nə baş verir?

“Qiymət artımından sonra sürücülərdən benzin və dizelin keyfiyyəti, ən əsası da, sürüş məsafəsi ilə bağlı çoxsaylı şikayətlər var”. Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. “Məsələn, əvvəllər 10 litr “Aİ-92” ilə 100 km sürmək mümkün idisə, indi həmin həcm 75-80 km məsafəyə bəs edir. Yəni, çoxsaylı belə iddialar var, media münayəndələri, jurnalist dostlar da, demək olar ki, hər gün bu məsələ ilə bağlı şərh istəyirlər, amma mən bu iddiaları nə təsdiq, nə də təkzib edə bilmərəm axı, bunun üçün ciddi yoxlamalar, monitoriq aparılmalı, yanacağın keyfiyyəti labaratoriyalarda yoxlanılmalıdır”, - Natiq Cəfərli bildirib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ictimaiyyəti bu məsələ barədə məlumatlandırmalıdır:
“Onlar isə hər işlə məşğul olma imitasiyası yaradırlar, bircə birbaşa səlahiyyətlərinə aid heç nə etmirlər. Əslində bu Xidmətin birbaşa borcudur ki, yayılan iddialara aydınlıq gətirsin, rəsmi açıqlama versin – həm istehlakçıların hüquqlarını qorumağa borcludurlar, həm də antiinhisar qanunveciliyinə görə bu addımı atmalıdırlar. Çünki, pərakəndə yanacaq bazarında iki şirkət, “Azpetrol” və “SOCAR” hegamondurlar. Qanunvericiliyə görə, Xidmət məlumat verməlidir ki, bu iki şirkət pərakəndə yanacaq satışında neçə faizlik paya malikdirlər, əgər 33%-dən çox bazara nəzarət edirlərsə, Xidmət birbaşa onların işinə müdaxilə etmək hüququna malikdir”.
Qeyd edək ki, ötən ayın sonuncu günü Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası “Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının qiymətinini qaldırıb. Belə ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
(yeniavaz)
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










