Əziz Yıldırımla motosiklet sürücüsü arasında insident baş verib - VİDEO

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla motosiklet sürücüsü Engin Erqan arasında insident baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, münaqişəyə Yıldırımın idarə etdiyi avtomobilin siqnal vermədən motosikletin önünə çıxması səbəb olub. Erqan bununla əlaqədar klub rəhbərinə irad tutub. Əvəzində "Fənər" rəsmisi əvvəlcə avtomobilinin şüşəsini endirərək, söyüşlər yağdırıb. Daha sonra o, maşını ilə motosikletin qarşısını kəsərək, kobud ifadələrlə "Nə siqnal? Qarşımdakı avtomobilləri görmürsən? Maşınlar məndən əvvəl yola girir, sən isə siqnaldan danışırsan" deyib.
Bu vaxt arxadakı avtomobildən Yıldırımın cangüdənləri də düşərək, motosiklet sürücüsünün üstünə qışqırıblar. Onlar "Biz gedəndən sonra burdan çıxarsan" deyiblər.
Qeyd edək ki, baş verənlər Engin Erqanın motosikletindəki kameraya da düşüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












