"Facebook"da "video_xxxx.zip" tipli mesajlar yayırsınızsa, bunları mütləq edin!

"Facebook" sosial şəbəkəsində spam xarakterli mesajların sayı sürətlə artır. İstifadəçilər onların mesaj qutusuna gələn "video_XXXX.zip" tipli faylını səhvən kliklədikdən sonra, dostluq siyahılarında olan hər kəsə də bu tipli spam mesajlar göndərilir. Bəs bu virus hansı məqsədlərə xidmət edir və bu spam mesajı açanları hansı təhlükələr gözləyir? Əgər səhvən həmin mesajı açmışıqsa, hesabımızı qoruyub saxlanılmaq üçün ilk növbədə hansı tədbirləri həyata keçirməliyik?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən marketoloq Pərviz Əzimov bu problemlə qarşılaşan sosial şəbəkə istifadəçilərinə öz tövsiyyələrini verib: "Həmin mesajlar virusdur. Qətiyyən açmamaq lazımdır. Bunlar proqramın yazılma səbəbindən asılı olaraq, bir çox məqsədlərə xidmət edə bilər. Lakin əsasən 99 faizi şifrələrin ələ keçirilməsinə hesablanır. Əgər belə bir mesaj səhvən açılıbsa, bunun üçün 3 vacib tədbir görülməlidir:
1. "Parametrlər" bölməsindəki "Proqramlar" hissəsinə daxil olub, bilinməyən proqramları, oyunları silmək lazımdır.
2. Təcili şəkildə şifrə dəyişdirilməlidir.
3. "Proqramlar" bölümünə daxil olub, mobil təhlükəsizliyi aktiv etməlidir.
Həmçinin yaxşı olardı ki, istifadə edilən brouzerin keş yaddaşı da təmizlənsin".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












