Fazil Məmmədov 4 bahalı maşını nazirliyə qaytardı - AS 712, AS 713, AS 714 və AZ 890

Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb. A24.az xəbər verir ki, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.
Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir…
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












