Banner

Fazil Mustafadan sentyabrın 15-i ilə bağlı həyəcan təbili: "İnsanların əziyyət çəkdiyini görürük"

Gündəm 3 Sentyabr 2025 12:36 Oxunub 254
Fazil Mustafadan sentyabrın 15-i ilə bağlı həyəcan təbili: "İnsanların əziyyət çəkdiyini görürük"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 15-də ölkədə məktəblər və universitetlər yeni tədris ilinə start verəcək. Bu isə həm avtomobil, həm də ictimai nəqliyyat sıxlığının artması, uzun tıxaclar deməkdir. Lakin iş saatlarının dəyişdirilməsi və nəqliyyatın yüngülləşdirilməsi ilə bağlı hələlik Nazirlər Kabineti tərəfindən konkret tədbirlər görülmür.

Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı bildirib ki, bu cür təkliflər təbii ki, gündəmdədir:

"Görün heç təklifləri diqqətə alan var? Tıxacın yüngülləşdirilməsi istiqamətində onlarla müsbət təklif var. Amma bunu tənzimləməklə məşğul olan qurumlar sanki, tıxacın bu cür davam etməsinə soyuqqanlı yanaşırlar. Ona görə də bu çox ciddi məsələdir. Çünki artıq insanlar normal qaydada, vaxtlı-vaxtında işə gedə bilmirlər. Avtobus qıtlığı da var. Bunların hamısını həll etmək lazımdır. Metroda insanlar səhər işə bir-birinin çiynində gedirlər. Onların necə əziyyət çəkdiyini görürük. Bu səbəbdən bəlli yerlərdə iş saatları dəyişilməlidir. Təxminən 10:00-19:00, 08:00-17:00, 09:00-18:00 bölgüsü olmalıdır. Bununla nəqliyyat sıxlığını bir az da olsa, azaltmaq olar", - deyə Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, iş saatlarının dəyişdirilməsi ilə bağlı təkliflərin gündəmə gətirilməsi mümkündür, lakin bunun həyata keçirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir.(baku.ws)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh