Fazil Mustafaya silahlı hücumun ŞOK DETALLARI - VİDEO

Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd olub.
Avtosfer.az xəbər verir ki, deputat Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub.
F.Mustafanın qardaşı İlqar Mustafayev "Xəbər Ertəsi"nə hadisənin detallarını açıqlayıb. O deyib ki, cinayət planlı şəkildə həyata keçirilib:
"Hadisə dünən 21:55 radələrində baş verib. Bir və ya iki nəfər, qrup şəklində professional hücum olub. Hasarın arxasında gizlənərək maşın atəşə tutulub. Avtomat silahdan 7 atəş açılıb. Bunların biri çiyin, digəri ayaq nahiyəsindən dəyib.
Cinayəti törədən qaranlıqda aradan çıxıb. Ərazidə kamera olsa da cinayətkar professional olub və hər şeyi nəzərə alıb. Kameranın görünməyən yerində gizləniblər".
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










