Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş verdiyi "Mars-A" MMC şirkəti cərimələnib. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, MMC-də çalışan fəhlə Coşqun Fazil oğlu Şahbazov iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq araşdırma aparıb. Araşdırmalar nəticəsində MMC növbəti dəfə bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün inzibati qaydada iki min manat cərimə edilib.
Qeyd edək ki, "Mars-A" MMC Azərbaycanda metal istehsalı və satışı ilə məşğul olan böyük şirkətlərdən biridir.
Ölüm hadisəsi ilə bağlı da Baş Prokurorluqda araşdırma aparılır.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










