Ferrari və onun pilotları barədə sənədli film çəkilib - VİDEO

YouTube kanalında «Ferrari: Ölümsüzlüyə doğru yarış» (Ferrari: Race to Immortality) sənədli filminin ilk treyleri yayılıb. Bu film Scuderia Ferrari komandasının tarixindən və avtomobil idmanının ən təhlükəli illərindən bəhs edəcək. Film 1950 illərin hadisələrini əhatə edir: italyan komandasının 1950-ci ilin Monako Qran Prisində debütü, Alfonso de Portaqo, Luici Musso, Piter Kollinz və Mayk Houtornun həyatı, həmçinin onların Enzo Ferrari ilə münasibətlərini əks edilir. Xatırladaq ki, adı çəkilən pilotların hamısı Formula 1 yarışlarda baş verən qəzalarda həlak olublar. Yaradıcılarının qeyd etdiyi kimi, film məhəbbət və itkilərin, talelərini ancaq xoşbəxt halın müəyyən edən məşhur pilotların zəfər və faciəsindən bəhs edir.
«Ferrari: Ölümsüzlüyə doğru yarış» filminin premyerası 4 noyabrda keçiriləcək. 6 noyabrdan isə, film DVD və rəqəmsal daşıyıcılarda təklif ediləcək.
2014-cü ildə Enzo Ferrari barədə filmin çəkiləcəyi bildirilmişdi. Filmin süjet xəttini italyan şirkətinin banisi tərəfindən 1981-ci ildə yazılan avtobioqrafik «Ferrari 80» kitabı təşkil edəcəkdir. Baş rolun ifaçısının Robert de Niro olacağı da gözlənilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












