Fevral ayında ən çox bu yollarda sıxlıq müşahidə olunub - CƏDVƏL

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2016-cı ilin fevral ayı ərzində paytaxtın küçə və prospektlərində qeydə alınan nəqliyyat vasitələrinin sayı haqda statistik məlumatları açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamovun rdiyi məlumata görə, fevral ayı ərzində yanvarda olduğu kimi nəqliyyat vasitələrinin sayı ən çox Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Bu yolla 54 528 avtomobilin hərəkət etdiyi müşahidə olunub.
Nəqliyyatın sıxlığına görə, ikinci yeri Tbilisi prospekti tutur. Ay ərzində prospektdə Şimal istiqamətində 49 662, cənub istiqamətində isə 26 713 avtomobil hərəkət edib. Sonrakı sıralarda Rəşid Behbudov və Zərifə Əliyeva küçələri yer alıb. Rəşid Behbudov küçəsində fevral ayı ərzində 37428, Zərifə Əliyeva küçəsində isə 31568 avtomobil hərəkət edib. Akademik Həsən Əliyev küçəsində fevral ayı ərzində Şərq istiqamətində 25240, Qərb istiqamətində isə 19671 avtomobilin hərəkət etdiyi müşahidə olunub. Azərbaycan prospektində isə ötən ay 23 829 avtomobil hərəkətdə olub.
Ən az nəqliyyat vasitəsi ötən ay olduğu kimi 28 May küçəsində qeydə alınıb. Bu küçədə ay ərzində 22 559 avtomobilin hərəkət etdiyi müşahidə olunub.

Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












