FHN balıqçıları helikopterlə xilas etdi

Dənizdə küləkli hava şəraitində köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas edilib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib.
Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas edilib. Əməliyyat saat 16:55-də başa çatıb.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












