Banner

FHN: Bir nəfər xilas edildi, iki nəfər yanıq xəsarəti aldı - VİDEO

Gündəm 22 Mart 2021 12:50 Oxunub 1096
FHN:  Bir nəfər xilas edildi, iki nəfər yanıq xəsarəti aldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh