FHN-dən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT - VİDEO

Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində bildirilib.
Qeyd edilib ki, bu istiqamətdə FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.
Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
"Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!" - müraciətdə qeyd edilib.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










