Paytaxtda yanğınların söndürülməsinə maneə törədən dirəklər söküldü - FOTO - VİDEO

Gündəm 9 Mart 2021 12:33 Oxunub 774
Paytaxtda yanğınların söndürülməsinə maneə törədən dirəklər söküldü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneə törədən faktların aşkar edilib, aradan qaldırılması üçün reydlər aparır.

FHN-dən verilən məlumata görə, yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol aça bilər.

Belə ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır, yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.

Xidmətin əməkdaşları tərəfindən keçirlən reydlər zamanı mənzil kommunal təsərrüfatı birlikləri, mənzil tikinti kooperativləri və digər aidiyyəti müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılaraq göstərilən maneələrin demontaj edilməsinə nail olunur, vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq acı nəticələrə səbəb ola biləcək problemin mahiyyəti izah edilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh