FHN-dən yanğınsöndürən maşınların susuz gəlməsinə münasibət

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğın hadisəsi nəticəsində hadisə yerinə gələn yanğınsöndürən maşınlarda su olmaması ilə bağlı yayılan videoya münasibət bildirib. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, yayılan video köhnədir: "Bu hadisə 2016-cı il fevralın 1-də baş verib. Həmin vaxt əraziyə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Lakin yanğının miqyası böyük olduğundan su ehtiyatı qutarıb və yaxınlıqda su mənbəyi olmadığından əlavə su ehtiyatı gec gəlib".
O.Bayramov bildirib ki, nazirlik ötən il həmin məsələyə münasibət bildirib: "Lakin, indi həmin köhnə videonu kimsə tapıb yeni hadisə kimi verib. Bu əslində bir il əvvəl olub".
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












