FHN-in helikopteri yanğınlarının söndürülməsində iştirak edir - FOTO

Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının helikopterlərlə söndürülməsi prosesi bərpa olunub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına əsasən, prosesdə Gürcüstanın iki və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının söndürülməsinə cəlb olunacağı gözlənilir. Yanğınla bağlı yaradılmış xüsusi qərargahdan təbii fəlakət zonası yaxınlığında yaşayan əhalinin təxliyəsinə ehtiyac olmadığı bildirilib. Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının söndürülməsinə imkan vermir. Hadisə yerinə 250 yanğınsöndürən cəlb olunub. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















