FHN-in Türkiyədə olan əməkdaşlarının 2-ci qrupu Azərbaycana qayıdıb - FOTO - VİDEO
Gündəm
17 Avqust 2021 08:43
Oxunub 2034

Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 2-ci qrupu Azərbaycana qayıdıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 174 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR


















