FHN işçisi yük maşınının altında qalaraq parça-parça oldu - VİDEO - 16+

Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürücünün kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı ölən sürücü 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğludur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və kinoloqlar cəlb edilib.
Qeyd edək ki, qəzada ölən Xaliq Haqverdiyev FHN-nin sabiq əməkdaşıdır. O hadisə baş verən gündən 6 ay əvvəl işdən ayrılıb.
***03:24
Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin bir sıra təfərrüatları məlum olub. Qəza zamanı ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan "Howo" markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb. Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.
Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib.
***02:33
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yasamal rayonunda, Tbilisi prospektində baş verib. Belə ki, içi qumla dolu "Howo" markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Onun cəsədi parçalanmış formada müəyyən edilib. Hadisə zamanı daha 1 nəfərin də öldüyü ehtimal edilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib və həmin cəsədin axtarışlarına başlayıb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”




















