FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2021-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.
APA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 22-də Xidmət tərəfindən Siyəzən rayonunun Böyükhəmyə kəndi ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır.
Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 37 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Hazırda FHN tərəfindən gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.





21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










