FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında fövqəladə hallarla mübarizənin təşkili mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təlimə FHN-in müvafiq yerli qurumları, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsi və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunublar.
Əvvəlcə nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə danışılıb, suallar cavablandırılıb.
Sonra təlimin praktiki hissəsi çərçivəsində FHN-in 112 - qaynar telefon xəttinə daxil olan hava limanı ərazisində şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə əməkdaşların “təhlükəli ərazidən” təxliyəsi, “onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Uğurla həyata keçirilən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib – FOTO - VİDEO
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTOLAR
Bakıda ödənişli giriş zonaları bu cür tətbiq oluna bilər - AÇIQLAMA
Deputat prezidentin qəzaya düşən oğlunu ələ saldı: “Gelandewagen” … - FOTO
“Azərbaycan Nəşriyyati”nin binası sökülür, yoxsa təmir edilir? - VİDEO
Bu yolda yenidən torpaq sürüşməsi olub: Təhlükə yaranıb - VİDEO
Bakıda avtosalon parklanma yerlərini zəbt etdi - VİDEO
Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO
Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib - Seysmoloqdan həyəcan təbili - VİDEO
İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO
Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA











