FHN metroda təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Əhmədli” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Əhmədli” stansiyasında 50 saylı şaxtanın idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Bakıya ilin ilk qarı yağır - VİDEO
TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq - Prezident
Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür - İlham Əliyev
"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir - Prezident İlham Əliyev
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - AÇIQLAMA - VİDEO
"Geomaqnit qasırğası müşahidə olunur" - Astrofizika kafedrası
Yeni yol inşa olunacaq - Beynəlxalq tender elan olundu
Zəngilan polisi şəhidlərin xatirəsini yad etdi - FOTO - VİDEO
Sükut dəqiqəsi...
Prezident Şəhidlər xiyabanını ziyarətlə bağlı videoçarx paylaşdı - VİDEO











