FHN təyyarəsi geri qayıdıb - İsrailə gedən

Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirak etmək üçün bu ölkəyə getmiş 9 nəfərlik yanğınsöndürən qrupu Azərbaycana qayıdıb.
Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq hava limanında FHN-nin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, İsrail hökumətinin müraciəti və Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında 25 noyabrda FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd "BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsində iştirak edib.
Onun sözlərinə görə, ilk olaraq heyət İsraildə Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılıb: "Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar apardıq. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş şərtilə və 80 tondan artıq su tökməklə həmin bölgədə yanğınların söndürülməsində fəal iştirak etdik. Biz İsraildə olan müddətdə 100 tondan çox su istifadə etməklə 8 ocaqda yanğınların söndürülməsində fəal iştirak etmişik".
O qeyd edib ki, İsrail prezidenti iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, noyabrın 25-dən etibarən FHN-nin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. 29 noyabrda İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












