FHN və "Azəravtoyol" Şəkidəki vəziyyətlə bağlı məlumat yaydı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb. Avtosfer.az xəbər verir ki, iyulun 2-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub. Bu gün 35 nəfər Nazirliyin qüvvələri tərəfindən təxliyyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.
"Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, ötən gecə təxminən saat 24 radələrində Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metrdir. Təbii fəlakətin baş verdiyi əraziyə “Azəravtoyol” ASC-nin və digər aidiyyəti qurumların mütəxəsisləri cəlb olunub. Qısa müddət ərzində alternativ yolun salınması ilə körpünün bərpası istiqamətində addımlar atılacaq. Hazırda isə avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi Oxud yolundan istifadə etməklə təmin olunur ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.
Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metrdir.
Emin
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA















