FHN yolda qalanlara yardım edir
Gündəm
17 Fevral 2017 14:59
Oxunub 1204

Xilasedicilərin yardımı ilə mikroavtobus mənzil başına çatıb
Qar yağması səbəbindən gecə saatlarından başlayaraq, yolların buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda “Mersedes” markalı mikroavtobus gecə saat 3-də yolda batıb. FHN xilasedicilərinin yardımı ilə mikroavtobus mənzil başına çatıb. Qəbələ rayonu, Vəndam kəndində isə xilasedicilər yolda ilişib qalan və hərəkətini dayandırmağa məcbur olan bir neçə avtomobili çıxarıblar və yolda hərəkəti təmin ediblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













