Banner

Formula 1-dən sonra yollar hissə-hissə bu cür açılacaq - VİDEO

Gündəm 2 May 2023 11:38 Oxunub 592
Formula 1-dən sonra yollar hissə-hissə bu cür açılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın  mərkəzi yolları nəqliyyatın hərəkəti üçün hazır vəziyyətə gətirilir.

Avtosfer.az xəbər verir ki, qurğular hissələrə bölünərək ərazidən uzaqlaşdırılır.

Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov bildirdi ki, yarış yekunlaşan kimi trekin əhatə etdiyi ərazilərdə quraşdırılan avadanlıqlar plana uyğun olaraq sökülür.

“Yollarda nəqliyyatın hərəkətinin mayın 2-dən etibarən hansı saatda bərpa olunacağı isə hələ məlum deyil”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti söküntü işlərinin nərticəsinə uyğun olaraq təmin ediləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh