Formula 1-ə görə qoyulan güllər yığışdırılmayıb - FOTOLAR

Bir neçə gündür ki, sosial şəbəkələrdə Formula 1 ərəfəsində şəhərin mərkəzi küçələrinə qoyulmuş gül dibçəklərinin yığışdırılması geniş müzakirəyə səbəb olub. Həmin ərəfədə şəhərin “Tarqovı” adlanan ərazisindəki binaların eyvanları gül dibçəkləri ilə bəzədilmişdi. Bu da şəhərə estetik görünüş verirdi. Yarışdan sonra isə bu dibçəklərin yığışdırılması ilə bağlı yayılan məlumat müsbət qarşılanmayıb. “Qafqazinfo”nun əməkdaşları da məlumatı dəqiqləşdirmək üçün şəhərin mərkəzi hissəsinə yollanıb. Məlum olub ki, eyvanlara qoyulmuş dibçəklər hələ də öz yerindədir. Bina sakinləri də təsdiqlədi ki, eyvanlardan hər hansı bir dibçək götürülməyib.
Məsələylə bağlı Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən dibçəklərin qoyulması və ya yığışdırılması ilə onların hər hansı bir əlaqəsi yoxdur.
Dibçəklərin yığışdırılması ilə bağlı yayılmış foto:

Hazırda mərkəzi küçələr:
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












