“Formula-1” ilə bağlı yolların asfaltlanması aprelin sonunda başa çatacaq
İyunda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışının trekinin uzunluğu 6 kilometrdir. Trasın birinci qatının asfaltlanması prosesi başa çatmaq üzrədir. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu sözləri “AzVirt” şirkətinin “Formula-1” üzrə tikinti rəhbəri Qəzənfər Cəfərli deyib. Q.Cəfərli bildirib ki, bu həftənin sonunadək trek üzrə birinci qat asfalt örtüyünün salınması prosesi yekunlaşacaq. Ötən həftə Niyazi küçəsində qənbər daşı döşənmiş yol asfaltlanıb. Hazırda isə paytaxtımızda qənbər daşlı ikinci yolda - Əziz Əliyev küçəsində asfaltlama işi aparılır. Birinci qat qoruyucu təbəqə hesab olunur. Qoruyucu qat asfaltın tərkibində olan bitumun qənbər daşlara zərər verməməsi üçündür. Həmin layın üzərinə üçqat asfaltın çəkilməsi planlaşdırılır. Bundan əlavə, ikinci və üçüncü layların arasına Almaniyadan sifariş olunmuş xüsusi tor salınacaq. Həmin tor asfaltın üzərinə düşən ağırlığı bərabər şəkildə paylamağa imkan yaratmaqla qənbər daşlarını qoruyacaq. Ümumilikdə konstruksiyanın qalınlığı 25 santimetr təşkil edəcək.
Asfaltın ikinci qatının salınmasına martın sonunda start veriləcəyini diqqətə çatdıran mütəxəssis deyib: “Ümumilikdə, trekin asfaltlanması aprelin sonunadək başa çatacaq. “Formula-1” üzrə Avropa Qran-pri yarışları başa çatdıqdan sonra bir ay ərzində Niyazi və Əziz Əliyev küçələrindəki asfalt örtüyü götürüləcək və qənbər daşlı yollar əvvəlki vəziyyətə gətiriləcək. Növbəti illərdə isə “Formula-1” yarışları zamanı ancaq Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşlı yolların üzəri örtülüb asfaltlanacaq.
“Formula-1” üzrə Avropa Qran-pri yarışları iyunun 17-19-da təşkil olunacaq.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












