“Formula 1” müddətində Azərbaycana gələnlərin sayı açıqlanıb

İyunun 10-dan 22-dək Bakıda "Formula 1" Avropa Qran-Pri yarışına hazırlıq və yarışın keçirilmə müddətində Heydər Əliyev Beynəlxalq Hava Limanı 118 mindən çox sərnişinə və 640-dan çox reysə xidmət göstərmişdir. Gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olmuşdur. Həmçinin 758 sərnişin ilə 6 çarter reysi yerinə yetirilmişdir.
Bu müddət ərzində 372 sərnişinə xidmət göstərən 99 biznes aviasiya reysi (Business Aviation) yerinə yetirilmişdir. "Formula 1" yarışının Avropa mərhələsinin iştirakçılarının Bakıya gəlməsinin ən pik günləri iyunun 14-ü və 16-sı olmuşdur. Hər gün Heydər Əliyev Beynəlxalq Hava Limanına 6 minə yaxın sərnişin gəlmişdir.
Yarış müddətində Silk Way West Airlines, Cargolux və Nippon Cargo Airlines yük aviaşirkətləri bolid və digər "Formula 1" avadanlıqları ilə 7 çarter və 1 part-çarter reysi yerinə yetirmişdir. Yükdaşımalarının dövriyyəsi 1.6 milyon kiloqramdan artıq təşkil etmişdir.
Xatırladaq ki, Bakıda ən nüfuzlu idman yarışlarının biri - "Formula 1" Avropa Qran-Pri yarışı uğurla başa çatmışdır. Bu, beynəlxalq idman arenasında Azərbaycanın növbəti uğurudur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












