Formula 1 üzrə Bakı mərhələsinin vaxtı və adının dəyişdirilməsinə MÜNASİBƏT

Gənclər və idman naziri Azad Rəhimov 2017-ci il üçün Formula 1 təqvimində Bakıda keçiriləcək Qran Prinin adının və vaxtının dəyişdirilməsinə də münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini söyləyib.
O deyib ki, gələn il iyunun 25-də dünyanın Formula 1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək: "Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək. Yəni, bu Qran Pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşınlar və avadanlıqların Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












