“Formula 1” yarışlarına biletlərin qiymətləri bahalaşdı

Gündəm 15 Fevral 2016 15:12 Oxunub 1316
“Formula 1” yarışlarına biletlərin qiymətləri bahalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün biletlərin qiyməti gündəlik məzənnəyə uyğun qiymətlərə dəyişə bilər

Bu ilin iyununda Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula-1 Avropa Qran-prisi üçün biletlərin qiymətləri artırılıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə oyunların rəsmi saytında dəyişiklik edilib. Bir müddət əvvəl "Abşeron" tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, "İçərişəhər" tribunasına 294 dollar, "Muğam" 245 dollar, Qız Qalası 188 dollar, "Bulvar" 120 dollar , "Ayaqüstü" zona isə 19 dollar göstərilmişdi.

Amma hazırda "Abşeron" tribunasına (3 gün) olan biletlərin qiyməti 118 ABŞ dolları, yaxud 25% bahalaşaraq 590 dollar olub.

"İçərişəhər" tribunasına olan biletin qiyməti 126 dollar, yaxud 42,86% artaraq 420 dollar olub.

"Muğam" tribunasının qiyməti 105 dollar, yaxud 42,86% yüksəldilərək 350 dollara çatıb.

Qız Qalası tribunası üçün olan biletin dəyəri 102 dollar və ya 54,26% bahalaşaraq 290 dollara bərabər olub.

"Bulvar" tribunası üçün olan biletlərin qiyməti 80 dollar, yaxud 66,67% bahalaşaraq 200 dollara çatıb.

Yarışlar vaxtı ən ucuz zona olan "Ayaqüstü" zonanın qiyməti isə 19 dollardan 89 dollara bahalaşdırılıb. Bu isə 70 dollar yaxud 3,7 dəfə bahalaşma deməkdir.

Qeyd edək ki, Bakı Şəhər Halqası bir müddət əvvəl, cari bilet qiymətlərində dəyişiklik etmək hüququna malik olduğunu açıqlayıb. Bütün biletlərin qiyməti gündəlik məzənnəyə uyğun qiymətlərə dəyişə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh