“Formula 1" zamanı helikopterlərdən istifadə olunacaq

“Formula 1” yarışları zamanı təcili tibbi yardım helikopterlərindən istifadə ediləcək”. Avtosfer.az xəbər verir ki, bu sözləri anspress-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O qeyd etdi ki, yarışlar zamanı tibbi xidmətlərə ehtiyac yaranarsa, yollar bağlı olacağından helikopterlərdən istifadə ediləcək.
O bildirdi ki, 1 saylı Kliniki tibbi mərkəzin ərazisinə helikopterlərin enməsi üçün meydança var. “Həmin meydança Fövqəlada Hallar Nazirliyi (FHN) tərəfindən də yoxlanılıb. Əgər fövqəladə hallar baş verərsə, o zaman həmin helikopterlər FHN-in dayanacağından qalxacaq. Zərərçəkənlər 1 saylı kliniki tibbi mərkəzə gətiriləcəklər”, - deyə nazirlik rəsmisi bildirib.
Liya Bayramovanın sözlərinə görə, helikopterlərin içərisində reanimasiya şöbəsi var. “Müxtəlif vaxtlarda bu helikopterlərdən istifadə edilib”.
AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, helikopterlər təcili tibbi yardım maşınlarının hərəkət edə bilmədiyi məkanlarda baş verən qəzalarda zərərçəkənlərin xəstəxanaya çatdırılması üçün istifadə edilir. Bu helikopterlər neftçilərə də tibbi xidmət göstərir. Hazırda Azərbaycanın 2 təcili tibbi yardım helikopteri var.
2015-ci ilin iyun ayında Azərbaycandan keçirilən Avropa Oyunları zamanı təcili yardım helikopterlərindən istifadə olunması nəzərdə tutulurdu.
Azərbaycana məxsus AgustaWestland-139 helikopterləri saatda 311 km sürət yığır. AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.
AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopterlərdən sayılır. Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər.
I Avropa Oyunları zamanı Azərbaycanda əlavə olaraq 100 təcili yardım maşını fəaliyyət göstərib. 2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub. Qran Pri zamanı ümumilikdə Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. Yarış 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










